Amin "Qəbələ"ni borclu qalmağa qoymadı

Maliyyə böhranı ilə üzləşən «Qəbələ»də qeyri-müəyyənlik içindədir.

Newsport.az-ın məlumatına görə, əyalət təmsilçisi bütün işçi personalını öz hesabına 2 aylıq məzuniyyətə göndərib.

Belə vəziyyətdə klubda ixtisarların aparılması qaçılmazdır. Koronavirus pandemiyası «qırmızı-qaralar»ın onsuz da çətin olan durumunu bir qədər də ağırlaşdırılıb. Yerli və xarici şirkətlərlə sponsorluq danışıqları dayandırılıb.

«Qəbələ» hazırda AFFA-dan gələcək rəsmi cavabı, daha doğrusu, ona ayrılacaq vəsaiti gözləyir. Əsas ümid bunadır. Gələcək işlər buna əsasən qurulacaq.

Bir də «Jalə» və «Milla»nın ödəyəcəyi məbləğlə.

Klubun hazırda futbolçularına borcu yoxdur. Amin Seydiyevin «Sabah»a transferindən əldə olunan pulla maaşlar ödənilib.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right