Klublarımız məşq üçün Qəbələyə gedir? Açıqlama

Xəbər verdiyimiz kimi, Operativ Qərargah avrokuboklarda mübarizə aparan klublarımıza məşq etmək üçün icazə verilib. Newsport.az xəbər verir ki, klublarımıza karantin rejimi tətbiq edilməyən bölgələrdə məşq etmək tapşırılıb. 
 
Bəs, görəsən klublarımız hansı bölgəyə yollanacaq. 
 
Mətbuat xidmətlərinin rəhbərlərinə bu sualı ünvanladıq:
 
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov:"Bu barədə bu gün məlumat verilib. AFFA şifahi olaraq icazə alıb. Bunun üçün əvvəlcə futbolçular COVİD-19 testi verməlidirlər. Ondan sonra karantin olmayan bölgələrdən birinə yollana bilərik. 
Qəbələdə variantı daha real görünür”.
"Neftçi"nin mətbuat xidmərinin rəhbəri  Rüstəm Allahverdiyev: "Bizə bu barədə az öncə məlumat verilib. İlk növbədə klublar oyunçularımız COVİD-19 testi verməlidirlər. Bundan sonra Qəbələdə məşq keçmək istəyirik. Ayın 10-dan etibarən ora yollanıb hazırlaşmaq fikrindəyik".
 
“Keşlə”nin mətbuat xidmətinin rəhbəri Murad Axundov: “Bu gün icazə verilib. Əvvəlcə testdən keçməliyik. Daha sonra Şamaxı Olimpiya Kompleksində hazırlaşmaq fikrindəyik”.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov: “Planlarımız hazır deyil. Lakin plan hazırlayacağıq. Qəbələdə variantı daha real görünür”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right