Daha bir futbolçu "Zirə"ni tərk etdi

"Zirə"də növbəti ayrılıq baş verib.

 

Newsport.az-ın məlumatına görə, qanalı hücumçu Riçard Qadze qəsəbələ klubunu tərk edib. 25 yaşlı hücumçunun başa çatan müqaviləsi uzadılmayıb.

 

Qadze ötən mövsümün qış fasiləsində qoşulduğu "Zirə"də 11 oyun keçirib və 3 qol, 6 assistlə yadda qalıb. O, "Zirə" tarixində ən çox qol vuran 2-ci futbolçudur. Aktivində 13 qolu olan hücumçu lider Nelson Bonilyadan 1 top geridədir.

 

Emil Balayev, Anastasios Papazoqlu, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqruca, Adrian Skarlatake, Yovan Krneta, George Anton və Alvaro Ampuero da "qartallar"ı tərk ediblər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right