"Mən gələndə komanda sonuncu yerdə idi" - Prosineçki

"Gəldiyim zaman komanda liqanın sonuncu pilləsində idi və hər kəs "Kayserispor" elitanı tərk edəcəyini düşünürdü. Oyunçularımız bu oyunda hər şeylərini verdilər. "Beşiktaş"a qarşı inanılmaz bir qələbə qazandılar. Deyə bilərəm ki, hətta insandan da üstün mübarizə apardıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Kayserispor"un baş məşqçisi Robert Prosineçki Türkiyə Superliqasının 33-cü turunda doğma meydanda "Beşiktaş"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, növbəti matça kökləndiklərini bildirib: "Növbəti mövsüm Superliqada davam etmək üçün əla fürsətimiz var. Üç gün sonra "Rizəspor"la görüşümüz var. Artıq bu oyuna köklənməliyik. Amma belə bir komandanı məğlub etməkdən də zövq almalıyıq. Ümid edirəm ki, qalan 4 matçın nəticəsinə əsasən liqada qalacağıq".

Qeyd edək ki, "Kayserispor" hazırda ölkə çempionatında 31 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Xatıradaq ki, R.Prosineçki  2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right