"Bucaspor"un yetirməsi "Qarabağ"a keçəcək? agentindən açıqlama

Türkiyə III liqasında çıxış edən "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydının agenti Gökhan Tabakcıoğlu açıqlama verib.

 

Newsport.az sports.kz saytına istinadla xəbər verir ki, o, müştərisinin "Qarabağ" və"Astana"nın maraq dairəsində olmasından danışıb:

 

"Düşünürəm ki, Aydının bu klublara transfer reallaşmayacaq. Görünür, bu oyunçu ilə o qədər də maraqlanmırlar".

 

Oğuz "Bucaspor" klubunun yetirməsidir. Niderlandda doğulan türk futbolçunun müqaviləsi 2021-ci lin yayında bitir. O, Türkiyənin U-19 millisində bir oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right