"Ölkəmə getməyə təyyarə axtarıram" Adrian Skarlatake

“Hələ ki Bakıdayam. Ölkəmə qayıtmaq üçün uçuş yoxdur. Olanlarda da boş yer qalmayıb”.

Newsport.az-ın məlumatına görə, bunu “Zirə”nin rumıniyalı futbolçusu Adrian Skarlatake deyib.

Əvvəllər “Xəzər Lənkəran” və “İnter”in (həmçinin “Keşlə” adı ilə) formalarını geyinmiş 33 yaşlı müdafiəçi Azərbaycanla bağlı karyerasının hələ sual altında olduğunu bildirib:

“Zirə” ilə müqaviləm başa çatıb. Hazırda başqa klublarla danışıqlar aparıram. Hazırda “Zirə”də heç kim gələcək taleyinin necə olacağını bilmir. Ola bilər ki, karyeramı Azərbaycanda davam etdirim”.

“Uçuş olmadığından, Rumıniyaya gedə bilmirəm. Getməyə təyyarə axtarıram. Ancaq ola bilsin ki, iyulun 11-i və ya 18-i İstanbula uça bildim”, – deyə Adrian Skarlatake bildirib.

Qeyd edək ki, Adrian Skarlatake hazırda Azərbaycanda ən çox oynayan əcnəbi futbolçudur. O, yeddi ildir ki, Azərbaycanda legioner karyerası yaşayır. (Oxu.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right