Mahir "Beşiktaş"a təklif edildi

"Qarabağ"ın hücumçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubuna təklif edilib.

Newsport.az "Fotospor"a istinadla xəbər verir ki, 23 yaşlı hücumçu İstanbul klubunun prezidenti Ahmet Nur Çebinin "CBC Sport"a açıqlamasından sonra "qara qartallar"a təklif edilib. Ahmet Nur Çebi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu "Türkiyədən futbol" proqramında "Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, “Beşiktaş”da oynadaq" demişdi. Məlumata görə, Mahir karyerasını ölkə xaricində davam etdirmək fikrindədir.

Emreli ötən mövsüm 7 qolla Azərbaycan çempionatında bombardir olub. Mahir Emreli ötən mövsüm 30 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right