"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

"Neftçi" klubu ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib. 

Newsport.az-ın məlumatına görə, bu barədə 30 yaşlı haitili yarımmüdafiəçi "Instagram" hesabından bildirib. 

Oyunçu paytaxt təmsilçisi ilə də vidalaşıb. Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm". 

Qeyd edək ki, Soni Mustivar 2018-ci ilin martında "Neftçi”yə keçmişdi. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right