İngiltərə klubu Renat Dadaşovu istəyir

İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov mövsüm sonu komandadan ayrıla bilər.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, “Koventri” oyunçunun xidmətində maraqlıdır. Çempionşip təmsilçisinin baş məşqçi Mark Robinsin Dadaşovu heyətində görmək istəyir. Komanda 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki əsas komandada debüt etməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right