Rüfət Dadaşovun çıxış etdiyi USL başlayır

Rüfət Dadaşovun çıxış etdiyi Amerika I Liqa (USL) təmsilçisi “Foneks Rizinq” koronavirus pandemiyası səbəbindən yaranan fasilənin ardından iyulun 11-də növbəti oyununa çıxacaq.

Newsport.az klub saytına istinadən xəbər verir ki, komanda doğma meydanda “La Qalaksi II” kollektivi ilə üz-üzə gələcək. Görüş azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, USL-də ilk turun ardından çempionat koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right