"Qarabağ"ın yeni transferi Polşada oynamaq istəyib

"Qarabağ" klubunun yenidən heyətinə cəlb etdiyi Donald Gerye karyerasına Polşada davam etmək istəyib. 

Newsport.az "Transfery.info" saytına istinadən xəbər verir ki, 31 yaşlı cinah oyunçusunun niyyəti "Legiya" (Varşava) və "Visla" (Krakov) komandalarında oynamaq olub. Hər iki klub haitili oyunçuya maraq göstərməyib və Gerye bu səbəbdən "Qarabağ"la razılaşıb. 

Qeyde edək ki, Donald Gerye 2013 - 2016-cı illərdə "Visla"nın formasını geyinib. O, 2017 - 2019-cu illərdə də "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right