"Qarabağ"ın keçmiş məşqçisi "Valensiya"da

"Qarabağ"ın keçmiş məşqçisi Ruben Selyes bundan sonra ölkəsi İspaniyada çalışacaq.

 

Newsport.az xəbər verir ki, Danimarkanın "Orxus" klubundan ayrılan 36 yaşlı mütəxəssis "Valensiya"da fəaliyyət göstərəcək. La Liqa təmsilçisi Selyesin akademiyada çalışacağını açıqlayıb.

 

Selyes yeni mövsümdən etibarən "Yuvenil B" komandasında əsas məşqçi olacaq.

 

İspaniyalı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da məşqçi kimi çalışıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right