"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" heyətini daha bir oyunçu ilə gücləndirib. 
 
Newsport.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qayıtdığını bəyan edib. Klub 31 yaşlı haitili cinah oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. 
 
Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right