Peşəkar Futbol Liqası 12 yaşında

Azərbaycan Peşəkar Futbol Liqasının 11 yaşı tamam olur.

Newsport.az saytının məlumatına görə, Ramin Musayevin rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

Premyer Liqa, I divizion və Azərbaycan Kubokunu təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionatına bir sıra yeniliklər gətirilib. Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, hər il Azərbaycan Kubokunun finalı maraqlı şouya çevirilib.

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

Futbolxeber.az saytı PFL-i 12 illik yubileyi münasibəti ilə təbrik edir, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right