Gerye yenidən "Qarabağ"da

Gerye sabiq klubu "Qarabağ"a qayıdıb.
 
Newsport.az-ın məlumata görə, bu barədə haitili futbolçu öz instaqram hesabında paylaşım edib. "Qarabağ" formasında fotosunu paylaşan sol cinah müdafiəçisi bu sözləri yazıb:
 
"Evin sehrli tərəfi ayrılmağın yaxşı, geri dönməyin daha da yaxşı hiss etdirməsidi. Geri qayıtdım. Anlaşma tamamdı".
 
31 yaşlı müdafiəçi daha əvvəl 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right