"Sabah"da növbəti ayrılıq

"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Rəşad Eyubovla vidalaşıb.
 
Müqavilə müddəti başa çatan 27 yaşlı orta sahə oyunçusu ilə yeni saziş bağlanmayıb və Rəşad azad agent statusuna yiyələnib. Eyubov "Sabah"ın heyətində keçirdiyi ümumilikdə 24 oyunda 3 qola imza atıb.
 
Qeyd edək ki, "Sabah" buna qədər Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Vadim Abdullayev və Məqsəd İsayevlə yollarını ayırıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right