"Ayaqlarım yerdən üzüldü" azərbaycanlı hücumçu

"Vurduğum qol əla idi, amma qırmızı vərəqə çox pis oldu". 
 
Bunu Estoniya Yüksək Liqası "Narva Trans"da çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov "Levadiya" ilə görüş barədə danışarkən deyib. 
 
27 yaşlı hücumçu qırmızı vərəqəsi ilə bağlı baş məşqçi ilə söhbət etdiyini bildirib. Novruzovun sözlərinə görə, baş məşqçi ona 39 dəqiqə ərzində yaxşı oynadığını deyib: "Qırmızı vərəqə almağım hər kəsi üzdü, ilk növbədə də məni".
 
Forvard həmin epizodu belə şərh edib: "Ayaqlarım yerdən üzüldü və "faul" bizim xeyrimizə oldu. Ayaqlarım havada olarkən, rəqib üstümə yıxıldı və üzünü tutdu. Baş hakim də zərbə endirdiyimi düşündü və birbaşa qırmızı vərəqə verdi. Bir söz deməyə belə vaxtım olmadı. Çünki nə desəm, xeyri yox idi. Neçə oyunluq cəza veriləcəyini sabah biləcəyik. Məndə də səhv var idi, bu səbəbdən belə epizodlarda diqqətli olacağam".
 
Novruzov hazırda Azərbaycana qayıtmaq istəmədiyini və karyerasını ölkə xaricində davam etdirmək istədiyini sözlərinə əlavə edib. 
 
Qeyd edək ki, qarşılaşma 4:4 hesablı heç-heçə ilə başa çatıb. "Narva Trans"ın 3-cü qolunu Nurlan Novruzov vurub. Hücumçunun klubla müqaviləsi ilin sonunda başa çatır. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right