"Sumqayıt" hücumçusu ilə yollarını ayırdı

“Sumqayıt” hücumçusu Mehdi Şərifi ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə matc.az saytına klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O bildirib ki, 27 yaşlı hücumçunun “Suqmayıt” bir illik müqaviləsi olsa da, futbolçunun ayrılmaq istəməsinə məşqçilər heyəti və rəhbərlik qarşı çıxmayıb. Məmmədov tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyini vurğulayıb.

Klub rəsmisi sözləşməsi başa çatan oyunçuların aqibətinin bəlli olmadığını və onlar barəsində hələ ki yekun qərarın verilmədiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, Mehdi Şərifi komandaya ötəm mövsüm İranın “Persepolis” klubundan transfer olunub. O, “Sumqayıt”da keçirdiyi 9 oyunda 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right