Baqali Dabo Azərbaycanla vidalaşdı

Ölkəmizdə "Neftçi" və "Qəbələ" komandalarında çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb.  Newsport.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb. 
 
Dabo burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını və Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyini bildirib. 
 
Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. O, bu yaxınlarda "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün "Neftçi" rəhbərliyi tərəfindən ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right