"Dmitri Nazarov bu mövsüm güclü idi" klub prezidenti

"7-ci pillə bizim üçün sensasion yerdir. Doğma meydanda çox matçda qələbə qazandığımıza görə bizə dəstək olan azarkeşlərə borcluyuq".

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ersgebirge" klubunun prezidenti Helge Leonhardt "wochenendspiegel" nəşrinə müsahibəsində deyib.

II Bundesliqa təmsilçisinin rəhbəri oyunçuların və məşqçi heyətinin birlikdə uğur qazandığını söyləyib:

"Filipp Rise, Florian Kruger, Klemens Fandrix, Yan Hoşheydt və Dmitri Nazarov da bu mövsüm güclü idi. Marko Mixoyeviç mövsümün ilk yarısında əla oyun sərgilədi. Unutduğum digər futbolçular məni bağışlasınlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right