"Keşlə"yə keçidimdə avrokubok amili rol oynadı" Cavid İmamverdiyev

"Son matçlarda "Sabah"da oynamırdım. Baş məşqçinin sisteminə uyğun deyildim. Bunu nəzərə alıb komandamı dəyişdim". 
 
Bu fikirləri "Sabah"dan "Keşlə"yə keçən Cavid İmamverdiyev deyib. 30 yaşlı yarımmüdafiəçi özünün də "Keşlə"də çıxış etmək istədiyini bildirib.
 
İmamverdiyev "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovla "Neftçi"də də işlədiklərini xatırladıb: "Onunla birlikdə çalışmışıq. Tanıdığım, bildiyim və dəyər verdiyim məşqçilərdən biridir. Klubun Müşahidə Şurasının sədri Zaur Axundovu da çoxdan tanıyıram. Bu komandaya keçdiyim üçün şad oldum. İnanıram ki, ümidləri doğruldacağam". 
 
Yarımmüdafiəçi "Keşlə"nin Avropa Liqasında çıxış etməsinin də transferinə təsir göstərdiyini etiraf edib: "Bu amilin də böyük rolu oldu. Komandanın avrokuboklara vəsiqə qazanması yaxşı göstəricidir. Mən də bu turnirdə "Keşlə"yə kömək etməyə çalışacağam".
 
İmamverdiyev "Keşlə"nin növbəti mövsümdə də medallar uğrunda mübarizə aparacağını vurğulayıb: "Komandanın bu il məqsədi nə idisə, növbəti ildə də elə olacaq. "Keşlə" sübut etdi ki, ilk 3 pillə üçün oynaya bilər".
 
Qeyd edək ki, Cavid İmamverdiyev "Keşlə" ilə bu gün 1 illik müqavilə bağlayıb. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right