Azərbaycan şahmatçılarının yeni mövqeyi bilindi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Newsport.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var. Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb.

Qədir Hüseynov (2 665) 72-ci, Nicat Abbasov (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 90-cı sıradan 89-cu pilləyə irəliləyib.

Siyahıda Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) isə üçüncüdür.

Qadınlardan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 76-cı yerdə qərarlaşıb. Xanım Balacayeva (2376) isə bir pillə geriləməklə 86-cı pilləyə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right