Azərbaycan Premyer Liqasındakı futbolçuların qiyməti açıqlanıb

Dünyanın nüfuzlu idman portallarından olan “Transfermarkt.com” saytı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların dəyərini açıqlayıb.Newsport.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən mövsüm erkən başa çatdırıldığı üçün oyunçuların qiymətində geriləmə olub.

Çempionatın ən dəyərli futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Onun qiyməti 1,3 milyon avro göstərilir. Bədavi Hüseynov, Qara Qarayev və Mahir Emreli isə bir miilyon dəyərindədir. Ağdam klubundan yeni ayrılan Aylton Silva qapayır - 900 min avro.

"Neftçi"nin ən dəyərli futbolçusu müdafiəçi Anton Krivotsyuk “Qarabağ”ın futbolçusu Filipp Ozobiçlə eyni qiymətdədir – 800 min avro. Baqali Dabonun dəyəri yarım milyona, Stiven Jozef-Monrozun qiyməti isə 650 min avroya enib.

"Keşlə"nin Premyer Liqanı 3-cü pillədə tamamlayaraq Avroliqaya vəsiqə qazanmasında müstəsna rol oynayan Vüsal İsgəndərli ilə Sezar Meza Kollinin transfer dəyəri 75 min avrodan müvafiq olaraq 450 min və 400 min avroya qədər sıçrayış edib.

"Sabah"ın heyətində Bəhlul Mustafazadə irəliləyişə nail olub. Gənc müdafiəçi 550 min avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX turdan sonra başa çatdırılıb. "Qarabağ" çempion elan olunubsa, "Neftçi" gümüş, "Keşlə" isə bürünc mükafata layiq görülüb.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah