"Mançester Yunayted"in əfsanəsi millimizin baş məşqçisi ola bilər

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub. Newsport.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in əfsanəvi futbolçularından sayılan Roy Kin yığmamızın başına keçə bilər.

Bildirilir ki, irlandiyalı mütəxəssisdən Millətlər Liqasında komandamıza rəhbərlik etməyi və növbəti mərhələyə vəsiqə qazanmağı tələb edilib.

 Hazırda televiziyalardan birində ekspert kimi çalışan Kin növbəti 48 saat ərzində qərarını verməlidir. AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir və tezlikdə mütəxəssisdən cavab gözlənilir.

Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right