"Sabah" "Qarabağ"ın futbolçusunu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-21 millisinin qapıçısı Nicat Mehbalıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Gənc qolkiperlə 3 illik müqavilə bağlanıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right