Rəşad Sadıqov: "Yenə oynamaq olardı"

"Ətrafımda olan çox insan deyirdi ki, Azərbaycan çempionatında 2-3 il oynaya bilərsən".

Newsport.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Qarabağ"ın  sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi bildirib ki, Azərbaycan Premyer Liqasında oynamaqla bağlı çətinlik çəkməyib. Sadıqovun sözlərinə görə "Qarabağ" ölkə daxilində və beynəlxalq arenada uğur əldə etmək niyyətindədir:

 "Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də bu misiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəm. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim".

Raşad qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil:

"Ən əsası məsuliyyət idi. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra "Qarabağ"ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir". (report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right