Ayxan Abbasovun "Sumqayıt"dakı taleyinə aydınlıq gəldi - Riad Rəfiyev açıqladı

"Sumqayıt"la müqaviləsi başa çatan baş məşqçi Ayxan Abbasovun gələcək taleyinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, klub prezidenti Riad Rəfiyev "İdman" kanalında yayımlanan "Extra time" verilişində 38 yaşlı mütəxəssisin komandada qalacağını deyib:

"Ayxan Abbasovun müqaviləsi başa çatıb. İnanmıram ki, burada nəsə problem olsun. Ayxan müəllim gələn mövsüm də komandamızı çalışdıracaq".

"Sumqayıt" Ayxan Abbasovun rəhbərliyi ilə ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right