Almaniyalı məşqçi millimizin təklifini rədd edib

Almaniyalı mütəxəssis Rayner Kraft Azərbaycan millisinin təklifini geri çevirib. Newsport.az “Teckbote” nəşrinə istinadən xəbər verir ki, bu barədə baş məşqçi özü açıqlama verib.

O bildirib ki, U-17 millimizi çalışdırması üçün ona Azərbaycandan təklif gəlib. Ancaq həmin vaxt - 2010-11 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olduğu üçün təklifi geri çevirdiyini vurğulayıb.

Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right