Stamenkoviç daha bir il "Sabah"da

"Sabah" qapıçısı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.
 
Newsport.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə 2019/20 mövsümünün sonunda bitən müqavilə müddəti bir illik uzadılıb.
 
2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa "Sabah"da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right