“Yeni nəfəs axtarırdım” “Keşlə”yə keçən futbolçu

“Keşlə”dən mənə təklif gəldi, “Sumqayıt”ın rəhbərliyi ilə danışdım, bir-birimizi başa düşdük və komandanı dəyişdim”.

Newsport.az xəbər verir ki, bu fikirləri “Keşlə”nin yeni transferi Şəhriyar Əliyev deyib.

28 yaşlı müdafiəçi “gənclik şəhəri” təmsilçisindən maddiyyata görə ayrılmadığını bildirib: “Söhbət pul məsələsi deyil. Sadəcə, yeni nəfəs axtarırdım. Fikirləşdim ki, karyeramda yenilik etməliyəm. Xüsusi səbəbi yoxdur, klubla aramızda problem də yox idi. “Keşlə”yə “hə” deməmişdən öncə “Sumqayıt” rəhbərliyi ilə danışdım. Dedim ki, başqa komandaya getmək və orada oynamaq istəyirəm. Məni başa düşdülər, qarşılıqlı razılaşdıq və “Keşlə”yə keçdim. Qeyri-adi bir şey olmadı”.

Əliyev “Sumqayıt”dan problemsiz ayrıldığını da əlavə edib: “Söylədilər ki, “Sumqayıt”ın qapıları mənim üçün hər zaman açıqdır. Bir-birimizi çox yaxşı başa düşdük”. Müdafiəçi “Keşlə”də heyətə düşmək üçün rəqabətə hazır olduğunu da vurğulayıb: “Karyeram ərzində heç vaxt rəqabətdən çəkinməmişəm, qorxmamışam. Rəqabətdən çəkinmək heç də yaxşı şey deyil. Rəqabət olan yerdə isə hər zaman artım olur. Çalışacağam ki, “Keşlə”də əlimdən gələnin ən yaxşısını edim”.

Oyunçu “Sumqayıt”ın əsas futbolçuları saxlaya bilməməsi barədə danışmaq istəmədiyini söyləyib: “Bu barədə nəsə deyə bilmərəm. Buna mən yox, klub rəhbərliyi cavab versə, daha yaxşı olar. Mətbuatdan oxuyuram ki, Aleksey İsayevə Rusiyadan təklif var. Bəlkə də daha yaxşı təklifi var deyə qayıtmaq istəmir. Amma bunun səbəbini dəqiq deyə bilmərəm”.

Təcrübəli müdafiəçi hazırkı komandasının növbəti mövsümdəki hədəflərindən də söz açıb: “Həmişə çempionatımızda “Keşlə”nin iddiasını görmüşük. Medallar və avrokuboklar uğrunda oynamağa çalışıblar. Başa çatan mövsümdə isə bürünc medal əldə etdilər. Növbəti mövsüm daha yaxşı nəticə göstərnəyə çalışacağıq”. (report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right