Rövnəq Abdullayev "Qəbələ"ni yaşatmaq istəyir

AFFA prezidenti Rövnəq Abdullayev «Qəbələ» ilə bağlı mövqeyini ortaya qoyub.

Newsport.az-ın məlumatına görə, federasiya rəhbəri əyalət klubuna maliyyə dəstəyi verilməsini istəyib.

Bəlli olduğu kimi, qurumun İcraiyyə Komitəsi Premyer Liqanın ypeni mövsümündə iştirakçı sayını olduğu kimi saxlayıb. Elitada mübarizə aparan klubların heç biri I Diviziona göndərilməyib.

Onlar arasında maliyyə sıxıntısından ən çox əziyyət çəkən «Qəbələ»dir. Ölkə kubokunun son sahibi maddim yardım almaq ümidi ilə xeyli müddətdir AFFA ilə danışıqlar aparır. Klubun fikrincə, federasiya SOCAR-ın ayırdığı maliyyəni Premyer Liqa təmsilçiləri arasında bölüşdürməlidir, özü də bərabər səviyyədə.

Rövnəq Abdullayev artıq «Qəbələ»nin vəziyyətindən yerli-yataqlı məlumatlıdır və bölgə nümayəndəsinin fəaliyyətini davam etdirməsində maraqlıdır. Bu məqsədlə «qırmızı-qaralar»a 1 milyon manat vəsait ayrılması məsələsi müzakirəyə çıxarılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right