“Neftçi” və “Qarabağ” bununla öyünə bilər

2019/20 mövsümündə öz meydanında məğlub olmayan komandaların siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, cədvəldə UEFA-ya üzv olan ölkələrin yüksək liqalarında ən azı 10 oyun keçirən və uduzmayan klublar yer alıb.

Siyahıya qitənin 18 komandası yer alıb. Evdə məğlubedilməz klublardan ikisi Azərbaycan Premyer Liqasını təmsil edir.

Koronavirus pandemiyası üzündən yarımçıq qalan çempionatın 11 ev matçında uduzmayan “Neftçi” siyahıda 16-cı yerə şərikdir. Rusiya “Krasnodar”ı da keçirdiyi 11 ev matçında məğlubiyyət nə olduğunu bilmir.

10 və daha çox görüşdə qonaqlara qələbə sevinci yaşatmayan sonuncu komanda “Qarabağ”dır. Ağdam klubu 10 dəfə çıxdığı doğma arenada xalsız qalmayıb.

Cədvəldə üçhakimiyyətlilik hökm sürür. İspaniya təmsilçiləri “Barselona” və “Valensiya”, həmçinin Macarıstan “Ferensvaroş”u cari mövsüm evdə 16 qarşılamadan heç birində uduzmayıb.

“Liverpul” (İngiltərə), “Real” (İspaniya), “Brügge” (Belçika), “Dinamo”, “Osiyek” (hər ikisi Xorvatiya) 15, “Latsio” (İtaliya), “Antverpen” (Belçika), “Sivasspor” (Türkiyə) 14, “Yuventus” (İtaliya), “Ballkani” (Kosovo) 13, “Zenit” (Rusiya), “Yanq Boyz” (İsveçrə) 12 dəfə doğma azarkeşlər önünə çıxdığı mövsümdə ev məğlubiyyəti almayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right