"Neftçi"nin xahişi ilə hamı razılaşdı, bircə ondan başqa

«Neftçi» müqaviləsi davam edən legionerlərinim yola gətirib.

Newsport.az-ın məlumatına görəsöhbət onların ölkələrinə yollanmaq fikrindən daşınmasından gedir.

Aparılan uzun danışıqlardan sonra əcnəbi futbolçuları burada qalmağa razı salmaq mümkün olub. Komanda yeni mövsümün startınadək, yəni, avrokuboklar başlayanadək Bakıda qalacaq.

Bu müddətdə əsas məişət xərcləri klub tərəfindən qarşılanacaq. Hələlik yalnız 1 nəfər «daşı ətəyindən tökməyib».

«Keşlə» ilə son yoxlama görüşündə zədələnən Stiven Monroz Fransaya qayıtmaq istədiyini və nə yolla olursa-olsun, iyulun 1-dən sonra Azərbaycanı tərk edəcəyini bildirib. Onun bu məqsədlə Fransanın ölkəmizdəki səfirliyindən kömək istədiyi barədə hələ təsdiqlənməmiş məlumat da var.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right