Şəhriyar Əliyev "Keşlə"də

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Bakı klubu "Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyevi transfer edib. Tərəflər az öncə 1 illik müqaviləyə imza atıb. 27 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisinə azad agent kimi keçib.

Şəhriyar 2018-ci ildən "Sumqayıt"da oynayırdı. Daha əvvəl "Bakı", "Qarabağ" və "Kəpəz"in də formasını geyinmiş oyunçu son zamanlar əsas milliyə dəvət alır.

"Keşlə" daha əvvəl "Neftçi"dən ayrılan Tural Axundovu da heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right