Millimizin futbolçusunun anası vəfat etdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.

Newsport.az xəbər verir ki, 2019/2020 mövsümünü "Qəbələ" klubunda keçirmiş gənc müdafiəçinin anası Şəhla xanım şəkərdən müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.

Seydiyev ailənin tək oğludur.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right