Vaqner da Silva: "Yenidən futbol oynamaq istəyirdik"

“Çox çətin vəziyyətdir, amma pandemiya ilə mübarizə aparmaq üçün zəruri tədbirlər görülür. Bu, yalnız Azərbaycanda olan bir şey deyil, eyni durum hər yerdə var. Virusla ən yaxşı şəkildə mübarizə aparmağa çalışmalıyıq”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan braziliyalı futbolçu Vaqner da Silva ölkəsinin mətbuatına açıqlamasında deyib. O, Çempionlar Liqasının tənifat mərhələsinin oyunlarına vaxt qalmadığı üçün Ağdam klubunun çempion elan olunduğunu bildirib:

“Karantin rejiminin tətbiqindən öncə məşqləri bərpa etsək də, yeni qaydaya görə planlar dəyişdi. Halbuki bütün futbolçular və klubun əməkdaşları koronavirus testindən keçmişdilər. Nəticələr də mənfi idi. Fasilədən sonra məşqlərə uyğunlaşmaq üçün çətinlik çəkmədik. Biz yenidən futbol oynamaq istəyirdik. Lakin belə vəziyyətdə çempionatın bərpasına ümid az idi”.

Da Silva  “Qarabağ”ın daim Avropada iştirak etdiyini də xatırladıb: “Avrokuboklarda oynamaq hər zaman komandanı daha yüksək səviyyəyə qaldırır. Builki əsas hədəf əvvəlcə birinci təsnifat mərhələsini keçməkdir. Komandanın avrokuboklarda oynaması Azərbaycana dəyər qatır".

Təcrübəli qolkiper sonda ölkəsinə qayıtmaq istədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qarabağ" Vaqner da Silva ilə yanaşı, Faysal Rerras və Ailton Silva ilə də yollarını ayırıb. Vaqner 2018-ci ildən Ağdam klubunda çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right