Rüfət Dadaşovun çıxış etdiyi liqanın bərpa tarixi təsdiqləndi

Milli komandamızının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika İkinci Liqasının (USL) bərpa tarixi təsdiqlənib.

Newsport.az futbolçunun formasını geyindiyi “Foneks Risinq” klubunun saytına istinadən xəbər verir ki, dünən bu barədə qərar qəbul edilib.

Bildirilir ki, çempionatın iylun 11-də davam edəcəyi gözlənilir. Bununla yanaşı, 24 iyundan etibarən komandalara kollektiv məşqlərin keçirilməsinə izin verilib. 

Komandanın baş məşqçisi Rik Şants da qərara münasibət bildirib. O, "futbol təmas oyunudur. Kollektiv hazırlıqlara başlamaq çox vacibdir” - deyə, söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right