“Neftçi”dən ayrılıb “Keşlə”yə keçdi

“Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Tural Axundovla müqavilə imzalayıb. 

Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son klubu “Neftçi” olub. 

Qeyd edək ki, bu gün "Keşlə" 4 futbolçu - Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqaviləni uzadıb. Daha əvvəl Cabir Əmirli "Neftçi" ilə anlaşıb. Slavik Alxasov və Ruslan Qurbanovla başa çatan sözləşmə isə uzadılmayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right