Emil Balayev "Qarabağ"da

Vaqner da Silva ilə yollarını ayıran "Qarabağ" ona əvəzləyici tapıb. Ağdam klubu "Zirə" ilə müqavilə müddəti başa çatan EMil Balayevi heyətinə qatıb.

Newsport.az-ın məlumatına görətərəflər artıq bütün şərtlərdə anlaşıblar və yaxın zamanda keçid rəsmən açıqlanacaq. Azərbaycan millisinin üzvü "Qarabağ"a əsas qapıçı kimi keçir.

Bu ilin əvvəlində Qazaxıstanın "Tobol" klubundan ayrılan Emil "Zirə" ilə qısamüddətli müqavilə bağlamışdı. 26 yaşlı qolkiper 2016/17 mövsümündə "Qarabağ"ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right