Qurban Qurbanov bu göstəricidə 6-cı oldu

“CIES Football Observatory” saytı eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, 79 ölkədən 110 liqaya əsasən tərtib olunan siyahıya Fransa Liqa 2-də çıxış edən “Şambri” klubunun baş məşqçisi Bruno Luzi başçılıq edir. Mütəxəssis 6 min 910 gündür bu vəzifədədir.

 

Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdir – 5 min 586 gün.

 

Ardıcıl yeddinci dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 6-cı pillədə qərarlaşıb. Qurbanov 4 min 353 gündür Ağdam klubunu çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right