"Mən həmişə "Qarabağ”a qayıtmağa hazıram"

Hazırda "Kayserispor”da çıxış edən Pedro Enrike "Qarabağ”a qayıtmasının mümkünlüyünü bildirib.

Newsport.az-ın məlumatına görə, "sambaçı”bu variantın heç vaxt istisna olmadığını deyib.

Braziliyalı yarımmüdafiəçi "azərisport”un müxbiriylə söhbətində qəlbində "Qarabağ”ın yerinin olduğunu da vurğulayıb.

Sitat: "Mən həmişə "Qarabağ” üçün açığam, ora qayıtmağa hazıram. Mənim üçün də xeyli xoş olar ki, yenidən "Qarabağ”da oynayım. Qurban Qurbanovla və futbolçularla əla münasibətim var. Belə bir fürsətim olsa, onu mütləq dəyərləndirəcəm. Hər şey ola bilər”.

"Roma” ilə Bakıdakı oyunda fərqlənən Pedro Enrike "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right