"Sumqayıt" avrokuboklara Qəbələdə hazırlaşmaq istəyir

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandasının yeni mövsümə iyulun 10-da başlamaq istəyir. 
 
Bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. 39 yaşlı mütəxəssis hazırlıq planı tərtib etdiklərini söyləyib: "Pandemiyaya görə bir az çətinlik çəkirik. Yəqin ki, iyulun 5-dən sonra idmana icazə verilər. İcazə versələr, toplaşmaq istəyirik".
 
Abbasov deyib ki, yay hazırlığı üçün Qəbələdə və ya başqa bölgədə təlim-məşq toplanışı keçirmək ehtimalları var: "Hazırda müəyyən çətinliklər var. Çalışacağıq ki, nəyə imkan çatırsa, ən yaxşısını edək. Qəbələdə də hazırlıq keçə bilərik. Karantini avqustun 1-dək uzadıblar, Bakını tərk etmək çətin olacaq. İmkan yaratsalar, klublar təlim-məşqlər etməlidir. İmkan olsa, rayonlarda toplanış keçirə bilərik".
 
Baş məşqçi bu həftə rəhbərliklə görüşün olacağını vurğulayıb: "Görüşəndən sonra futbolçuların taleyinə də aydınlıq gələcək". 
 
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi mövsümün vaxtından əvvəl başa çatdırılması barədə qərar verib. "Sumqayıt" 23 xalla 4-cü pillədə qərarlaşıb və Avropa Liqasında iştirak hüququ qazanıb. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right