Nazarovun komandasından qələbə

Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” öz meydanında “Hannover"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Zədəli olan Nazarov görüşdə iştirak etməyib.

Qeyd edək ki, 33 turdan sonra 44 xala malik “Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right