"Rəşad Sadıqovun varlığı kimi, yoxluğu da hiss olunacaq"

"Rəşad Sadıqov həmişə müzakirə mövzusu olub. Kapitanla bağlı hərənin öz fikri var və bu çox normaldır".

Newsport.az-ın məlumatına görə, bu sözlər Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin rəisi Elgiz Abbasova məxsusdur.

"Qarabağ"ın liderinin karyerasını bitirməsinə münasibət bildirən qurum rəsmisinin fikrincə, bir adama münasibətin fərqli olması qədər doğal bir şey yoxdur:

"Amma hər şeyi bir kənara qoyub, Rəşada "çox sağ ol" sözünü deyək. Millidə 100 oyun həddini keçən ilk adam, 9 qat Azərbaycan çempionu, Superliqada ən çox oynamış azərbaycanlı, kubokun 4 qat qalibi, Premyer Liqada 343 oyunda 16 qol vurmuş,

Kapitan, yolun açıq olsun. Varlığın kimi, yoxluğun da hiss olunacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right