Rəşad Sadıqov: "Qurban Qurbanov "qal" desə, başqa heç bir təklifin önəmi olmayacaq"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın verdiyi məlumata görə, o, əvvəlcə çempionluq təəssüratllarını bölüşdü...


- Bütün “Qarabağ” ailəsini, azarkeşlərimiz təbrik edirəm. Bu dəfə bir az fərqli oldu, son 8 tur keçirilmədi. 20 oyunda yaratdığımız xal üstünlüyü, bizə çempionluğu gətirdi. Asan olmadı, avrokubok oyunlarımız var idi, daim gərginlik içində idik. Qərar veriləndə xal fərqimiz 8 idi və çempionluq bizim oldu. Bu, yaddaşlarda xüsusi qalacaq. İlk dəfə belə halla qarşılaşdıq. Qalan 8 oyunu da keçirmək istərdik. Qərara hörmətlə yanaşırıq. “Qarabağ” layiqli şəkildə çempionluğu qeyd edir.

- Karyeranızı bitirdiz. Gələcəkdə nə olacaq?
- Futbolçu kimi son mövsümüm idi. Bundan sonrakı fəaliyyətim haqda bu günə olan düşüncəm məşqçiliklə bağlıdı, bu iş daha çox maraqlı gəlir. Məşqçi kimi karyeramı davam etdirəcəm.

- Qurban Qurbanov yanında qalmağınızı istəsə, eyni zamanda başqa klubdan baş məşqçilik təklifi alsannız hansını seçərsiz?
- Qurban müəllim nə vaxt desə ki, yanımda ol, bu məsələ müzakirə olunmur. Son 20 ilin istedadlı futbolçularından hesab olunurdum. Ancaq onun rəhbərliyi altında oynayana qədər məqsədlərimə tam nail ola bilmirdim. Katyeramda olmasaydı, bəlkə 32 yaşımda futboldan gedərdim. Buna görə də ona minnətdaram. Çoxlarının inanmadığı vaxtda mənə dəstək oldu. 6 qrup mərhələsi, 7 çempionluğa onun rəhbərliyi altında nail oldum. Özümü Qurban qurbanova borclu hesab edirəm. İstənilən biry erdə də olsam, desə ki, gəl yanıma gələcəm. Müzakirələrmiz olacaq. Yanımda qal desə, qalacam, digər təkliflər müzakirə olunmur, başqa heç bir təklifin önəmi olmayacaq.

- Karyeranızı bitirməyinizdə fiziki, yoxa psixoloji məqamlar daha çox rol oynadı?
- Sadəcə, belə düşündüm ki, rtıq bəsdi. Ciddi probmelərim yox idi. Özümü futbolsuz təsəvvür etmirəm, 50 yaşda da oynayacam. Belə qərara gəldim ki, futboldan getməyin vaxtıdı. “Qarabağ”da daim yüksək səviyyədə olmaq lazımdı. Düşünürəm ki, hamı üçün xeyirlisi karyeramı bitirməkdi.

- Bundan sonra “Qarabağ”da lider kimi hansı futbolçunu görürsüz?
- “Qarabağ”da yetərincə lider var. Bu sualla çox rastlaşmışam. “Qarabağ”ın heyətində Maksim kimi lider var, “Qara var, əvvəl Riçard var idi. Çox oyunçunu qeyd edərdim. Yerlirlərdən Qara ilə Maksim mən meydanda olanda, öz liderlik keyfiyyətlərini ortaya qoyublar. Bəzi futbolçularda bu məqam çox gözə girir, bəzilərində daha az – məşqdə, komanda pis gedəndə, soyunub-geyinmə otağında və s. Bunu Qara da edib, Maksim də edib, əvvəllər Almeyda da. İndi lider futbolçularımız var.

- Vida matçı olacaqmı?
- Əslində, mən buna çox meylli deyildim. Hər şey qaydasında olsa, istərdim. Həmişə daha çox “Neftçi”yə qarşı vida matçı keçirmək istərdim. Düşünürdüm ki, bir hissə onlarda, bir hissə “Qarabağ”da oynayaram. Məlum vəziyyətə görə alınmadı. Qismət beləymiş. İndi əsas vacib olan insanların sağlamlığıdı. Allaha dua edirəm ki, tezliklə bu problemi geridə qoyaq. Rəhbərlik mənə bildirdi ki, yoldaşlıq oyunu keçirək. İndi məni ciddi düşündürmür bu məsələ. Belə gediş də qane edir. Əsas odu ki, çempion olduq. Son ilimdə çempion olmaq istəyirdim. Komandanın nəticəsi mənim üçün ən önəmlisidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right