Dmitri Nazarov "Hannover"ə qarşı oynamayacaq

Almaniya II Bundesliqa təmsilçisi “Ersgebirge”də çıxış edən Azərbaycan millisinin hücumçusu Dmitri Nazarov XXXIII turda evdə “Hannover”ə qarşı keçiriləcək görüşü buraxacaq. Newsport.az xəbər verir ki, buna səbəb oyunçunun sarı vərəqə limitini doldurmasıdır.

Nazarov ötən tur Aue təmsilçisinin doğma meydanda “Boxuma” məğlub olduğu oyunun(1:2) iştirakçısı olub. Millimizin üzvü görüşün 73-cü dəqiqəsində sarı vərəqə görüb və növbəti oyunda cəzalı duruma düşüb. Nazarovla yanaşı, komandanın yarımmüdafiəçisi  Luis Samson da həmin qarşılaşmada “qırmızı” aldığı üçün “Hannover”ə qarşı görüşü buraxmalı olacaq.

Qeyd edək ki, 33 turdan sonra “Ersgebirge” 41 xalla 11-ci, “Hannover” isə 45 xalla 7-ci sıradadır. Görüş sabah Bakı vaxtı saat 17:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right