"Klublar, PFL və AFFA müxtəlif ssenarilərə hazır olmalı idi" "Qəbələ"nin prezidenti

"Əlbəttə, biz mövsümün davam etdirilməsinin tərəfdarı idik".
 
Bu fikirləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqası və ölkə kubokunun koronavirus pandemiyasına görə yarımçıq dayandırılması qərarına münasibət bildirərkən deyib. 
 
Funksioner bildirib ki, indiki məqamda verilən qərara hansısa reaksiya vermək artıqdır: "Sadəcə, klub olaraq fikrimizi daha öncədən bəyan etmişdik. Çempionatın davam etməsi üçün geniş müzakirəyə ehtiyac var idi. Hansı ki klublar, Peşəkar Futbol Liqası və AFFA müxtəlif ssenarilərə hazır olmalı idi".
 
F.Nəcəfovun sözlərinə görə, çempionatın Qəbələdə davam etdirilməsi ehtimalı var idi: "Amma dediyim kimi, bütün bunları indi danışmağa ehtiyac yoxdur. Çünki ortada verilmiş qərar var".
 
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin dünənki iclasında Premyer Liqa və ölkə kubokunun dayandırılması ilə bağlı qərar qəbul olunub. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right