4 futbolçu bombardir oldu Azərbaycanda

Premyer Liqada 2019/20 mövsümünün bombardiri adına 4 futbolçu yiyələndi.
 
Newsport.az xəbər verir ki, hərəyə 7 qol vuran Stiven Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emreli (“Qarabağ”) Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görüləcək.
 
Cari mövsümün əsasnaməsinə görə yekunda birdən çox futbolçu eyni sayda qol vurduğu halda bütün oyunçular bombardir hesab olunur.
 
Onu da qeyd edək ki, I Divizionun bombardiri Musa Qurbanlı (“Qarabağ-2”) 15 dəfə rəqib qapısına yol tapıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right