Azərbaycan Premyer Liqasının aqibəti bəlli olur

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
 
Newsport.az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right