Millimizin hücumçusuna 1300 dollarlıq keyfiyyətsiz mal satıblar

Azərbaycan milli komandasının hücumçusu Ruslan Qurbanov satıcılar tərəfindən aldadılıb. Newsport.az xəbər verir ki, bu barədə futbolçu özü İnstaqram hesabında paylaşım edib. 

O bildirib ki, 1300 dollara aldığı gödəkçə və idman ayaqqabısı keyfiyyətsiz olub. 

Qurbanov aldadılması barədə bunları yazıb: “Hamımız gözəl geyinməyi xoşlayırıq. Yaxşı görünmək istəyirik. Orijinal bir şey almaq istəyən insanı onun görünüşü daha çox maraqlandırır. Başa düşmürlər ki, məhsulun yalnız adına görə pul ödəyirlər. Ötən il “Armani”dən 500 dollara idman ayaqqabısı almışdım. Heç bir il keçmədi rəngini dəyişdi. Ordan 800 dollara aldığım gödəkçə isə yırtıldı və atdım”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right